AZ

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Futbol üzrə Bolqarıstan çempionatında 16-cı turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Lokomotiv”i (Plovdiv) qəbul edib.

Matç ev sahiblərinin 4:2 hesablı başa çatıb.

Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə meydana daxil olub.

“Arda” hazırda 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr