AZ

Bu gün bir sıra Türk Respublikalarında zəlzələ olub

Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanda zəlzələlər baş verib.

“Daşkənd vaxtı ilə saat 13:33-də Qırğızıstanda zəlzələ baş verib. Zəlzələ koordinatları: 39,5 dərəcə şimal eni; 71,74 dərəcə şərq uzunluğu. Böyüklük M=5.3. Dərinliyi 10 km. Zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 290 km-dir”, - deyə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Daşkənddə yeraltı təkanların gücü 2 bal, Özbəkistanın Fərqanə vilayətində isə 2-3 bal olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat verir ki, Tacikistanda 5,4 bal gücündə zəlzələ baş verib, episentri 7 km dərinlikdə olub. Özbəkistanda yeraltı təkanlar ilə eyni vaxtda baş verib.

Seçilən
1
1
aznews.az

2Mənbələr