AZ

Natavan: “Dadonu bloka atmışam, danışmırıq” - VİDEO

“Keçmiş həyat yoldaşım Dado ilə bir-birimizi necə qırmışıqsa, artıq 4 həftədir telefonumda blokdadır.O özünü yaxşı aparsa, blokdan çıxararam, danışarıq. Dado uşağımız Zeydi görür.

Hər şey yaxşıdır. Sadəcə bu münasibəti idarə etmək çox çətindir. Yəni rəsmi olaraq boşanmış olasan, amma bu münasibəti qoruyub, saxlayasan ki, uşağa da çətin olmasın”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi Dado (əsl adı - Səid Əliyev) ilə münasibətlərindən danışıb:

“Yaxşı ki, biz eyni sferadanıq və bu səbəbdən hardasa bir-birimizi anlayırıq. Əslində, mənim məqsədim də bu idi. Ailə quranda fikirləşirdim ki, bundan yaxşı məni kim anlayar? Xüsusi ilə repçi. Axı onlar azadlığı sevirlər. Ondan yaxşı məni başa düşən və bu yolda yürüyən insan olmaz. Söhbətlərimiz də elə bunun üstündə başlamışdı. “Səsyazma studiyasından niyə gec gəldin” kimi aramızda söhbətlər də vardı. Dado və Zeyd bir-birinin çox sevirlər, aralarında bağlılıq var. Zeyd hər gün atasını soruşur. Onu heç kim öyrətmir. Onların arasına girmək yaxşı olmazdı. Yəni dəxlisiz olardı”.


Bizim.Media

Seçilən
7
4
bizim.media

6Mənbələr