AZ

Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir

Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi "Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.

 

"Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq", - Ukrayna lideri deyib.

 

Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.

 

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.

Seçilən
2
14
sfera.az

10Mənbələr