AZ

Paşinyan saqqalını niyə qırxdığını açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan imicini dəyişməsi ilə bağlı suallara aydınlıq gətirib.Metbuat.az news.am-a istinadən,xəbər verir ki, o, ölkənin ictimai televiziyasına verdiyi müsahibədə hökumət başçısı olduğu 6 il ərzində ilk dəfə üzünü qırxmasının səbəbini izah edib:“Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bu efir yayımlandıqdan sonra digər qızlarım soruşacaqlar ki, niyə onun ad günündə, bizimkində yox? Aşot isə bu məsələdə iddialı deyil, əminəm ki, belə suallar verməyəcək”.

Qeyd edək ki, Nikol Paşinyanın 3 qızı və 1 oğlu var.

Seçilən
22
metbuat.az

1Mənbələr