AZ

Ukrayna Trampın sülh planını yanvarda alacağına ümid edir

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın sülh planı ilə bağlı təklifləri 2025-ci ilin yanvarında alacağına ümid edir.
 
APA “Ukrinform“a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib .
 
“Mən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, biz bu təklifləri yanvarda görəcəyik. Və düşünürəm ki, bizim bu müharibəni bitirmək üçün bir planımız olacaq”, - Zelenski qeyd edib.
Seçilən
3
5
moderator.az

6Mənbələr