İqlim maliyyəsi üzrə müzakirələr dalana dirənib.
Publika.az xəbər verir ki, bunu Braziliyanın Ətraf Mühit və İqlim Naziri Marina Silva COP29-un yekun plenar iclasının birinci hissəsinin yekunlarına dair mətbuat konfransında deyib.
"Bütün qalan problemlər arasında maliyyə əsasıdır. Təəssüf ki, proses dalana dirənib. Əsas səbəb odur ki, yalnız dünən mətnə və konkret maliyyələşdirmə rəqəmlərinə çıxış əldə etmişik. Bununla belə, hələ də təkmilləşdirmə tələb edən məqamlar var", - o bildirib.
Nazir vurğulayıb ki, donor ölkələr öz maliyyə öhdəliklərini yerinə yetirməlidirlər.