AZ

Bundesliqa: “Bayer” 5, “Borussiya” 4 qolla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Hoffenhaym” – “Leypsiq” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Bayer” – “Haydenhaym” matçında da qapılara yeddi qol vurulub. Amma bu görüşdə son çempion darmadağına sevinib. Dortmund “Borussiya”sı da “Frayburq”la ev oyununda darmadağına imza atıb.

Günün digər oyunlarında “Ştutqart” “Boxum”u, “Volfsburq” “Union Berlin”i, “Ayntraxt” isə “Verder”i məğlub yola salıb.

11-ci tura bazar günündə keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya, Bundesliqa
11-ci tur
22 noyabr

Bayern – Auqsburq 3:0
Qollar: Harri Keyn, 63-pen; 90+2-pen; 90+5.

23 noyabr

Bayer – Haydenhaym 5:2
Qollar: Palasios, 30. Şik, 32; 52; 71. Caka, 82 – Dorş, 10. Honsak, 21.

Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar: Beyer, 7. Nmeça, 40. Brandt, 66. Gittens, 77.

Hoffenhaym – Leypsiq 4:3
Qollar: Hlojek, 17; 82. Bişof, 50. Larsen, 87 – Orban, 15. Nusa, 19. Nsoki, 67-öz qapısına.

Ştutqart – Boxum 2:0
Qollar: Fuhrix, 53. Diehl, 78.

Volfsburq – Union Berlin 1:0
Qol: Baku, 71.

Ayntraxt – Verder 1:0
Qol: Götse, 45.

24 noyabr

18:30. Holştayn – Maynts
20:30. Borussiya (Mönhenqladbax) – Sankt Pauli

Seçilən
15
arena.az

1Mənbələr