AZ

A Seriyası: “Milan”la “Yuve”dən “sülh”, “İnter”dən darmadağın

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Milan”la “Yuventus” arasında baş tutan oyunda qapılara qol vurulmayıb. “Verona”nın qonağı olan “İnter” 3 xalı 5 cavabsız qolla qazanıb. “Atalanta” da səfərdə “Parma”ya qalib gəlib.

13-cü turun qalan görüşləri noyabrın 24-də və 25-də baş tutacaq.

İtaliya, A Seriyası
13-cü tur
23 noyabr

Verona – İnter 0:5
Qollar: Korrea, 17. Turam, 22; 25. De Vrey, 31. Bissek, 41.

Milan – Yuventus 0:0

Parma – Atalanta 1:3
Qollar: Kanselyeri, 49 – Reteqi, 4. Ederson, 39. Lukman, 75.

24 noyabr

15:30. Cenoa – Kalyari
18:00. Komo – Fiorentina
18:00. Torino – Montsa
21:00. Napoli – Roma
23:45. Latsio – Bolonya

25 noyabr

21:30. Empoli – Udineze
23:45. Venetsiya – Leççe

Seçilən
11
2
arena.az

3Mənbələr