AZ

"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi

style='margin-bottom:10px;'>

Bu gün İngiltərə Premyer Liqasında 12-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib.

"Arsenal" "Nottinqem Forest"ə böyük hesabla qalib gəlib. “Çelsi” səfərdə "Lester"i üstələyib.  

“Tottenhem” isə “Mançester Siti”ni darmadağın edib. Bu, Premyer Liqanın son çempionu olan "şəhərlilər"in bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyətidir. 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 28 xalla "Liverpul" liderlik edir (11 oyuna). "Mançester Siti" 23 xalla 2-ci (12 oyuna), "Çelsi" isə 22 xalla 3-cüdür (12 oyuna).

İngiltərə Premyer Liqası, 12-ci tur

23 noyabr

"Lester" – "Çelsi" - 1:2

Qollar: Ayu, 90+5 – Cekson, 15, Fernandez, 75

"Arsenal" – "Nottinqem Forest" - 3:0

Qollar: Saka, 15, Parti, 52, Nvaneri, 86

"Aston Villa" – "Kristal Pelas" - 2:2

Qollar: Uotkins, 36, Barkli, 77 – Sarr, 4, Devenni, 45+1

"Bornmut" – "Everton" - 1:2

Qollar: Bruks, 90+3 – Pedro, 4, Mitoma, 49

"Fulhem" – "Vulverhempton" - 1:4

Qollar: İvobi, 20 – Mateus, 31, 87, Qomeş, 53, Qedeş, 90+5

"Everton" – "Brentford" - 0:0

"Mançester Siti" – "Tottenhem" - 0:4

Qollar. Maddison, 13, 20, Porro, 52, Conson, 90+3

Seçilən
10
28
teleqraf.com

10Mənbələr