AZ

Trampın keçmiş müşaviri ABŞ-nin KTN rəhbəri ola bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp daxili siyasət üzrə keçmiş müşaviri Bruk Rollinsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri vəzifəsinə irəli sürməyi planlaşdırır.

“Far.Az” xəbər verir ki, bu barədə " The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Rollins Trampı dəstəkləyən "Amerika hər şeydən vacb" Siyasi İnstitutuna rəhbərlik edir. Nəşr bildirib ki, yeni seçilmiş prezident 52 yaşlı Rollinsi Ağ ev işçilərinin Aparat rəhbəri kimi nəzərdən keçirib, lakin sonda Suzan Uaylsı bu vəzifəyə seçib.

Qəzet qeyd edib ki, Rollinsdən başqa ABŞ Konqresinin keçmiş senatoru Kelli Leffler də Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri vəzifəsinə iddia edib, lakin Trampın keçmiş məsləhətçisinin lehinə seçim edəcəyi gözlənilir. Rollinsin namizədliyi irəli sürülsə, onu Senat təsdiqləməlidir.

Seçilən
7
1
far.az

2Mənbələr