BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard dollar məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə COP29-un yekun plenar iclasının ikinci hissəsində bildirilib.
Bəyanat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.