AZ

Hakan Fidan iddialara son qoydu

"HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi xəbəri tamamilə yanlış və uydurmadır".

Milli.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddialara aydınlıq gətirib.

"Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz", - deyə Türkiyə XİN rəhbəri bütün iddiaları yalanlayıb.

Xatırladaq ki, daha əvvəl "The Times of Israel" qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirərək həqiqətə uyğun olmadığını bildirib.

Malik
Milli.Az

Seçilən
27
7
milli.az

8Mənbələr