"Şimal axını 2” boru kəmərinin birinin işlək vəziyyətdə olduğu və oradan heç bir qazın axmadığı bir halda Almaniya mahiyyətcə özünə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu fikri TASS-ın müxbiri ilə söhbətində Bundestaqın "Almaniya üçün Alternativ" (AfD) fraksiyasından olan deputatı Yevgeni (Yevgen) Şmidt səsləndirib.
O deyib ki, “Şimal axını 2"nin bir qolu hələ də işlək vəziyyətdədir. Rusiya Prezidenti Vladimir Putin qazın nəqlinin bərpa oluna biləcəyi fikrini ifadə edib: "Sentyabrın 5-də Putin Almaniyanın “Şimal axını 2”nin həmin xəttini işə salmaqdan imtina etməsinin çaşqınlıq olduğunu bildirərək, bunu “şizofreniya və cəfəngiyyat” adlandırıb. Xətt işə salınanda, Avropaya 27,5 milyard kubmetr qaz nəql olunacaq. Bu da ümumilikdə enerji təminatının xeyrinədir".
Xatırladaq ki, 2022-ci il sentyabrın 22-də “Şimal axını 2"də görünməmiş dağıntılar qeydə alınıb. İsveçli mütəxəssislər qaz kəmərlərinin marşrutları boyunca iki partlayışın olduğunu bildiriblər.