“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbol tarixində fərqli rəqiblərə qarşı 200 qol vuran ilk oyunçu olub.
O bunu Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Qadisiyyə”yə (1:2) qarşı oyunda vurduğu qolla bacarıb.
Ümumilikdə forvardın karyerasında vurduğu 911-ci qol olub.
32-ci dəqiqədə meydan sahiblərinin ulduzu Ronaldo hesabı açıb. 37-ci dəqiqədə “Əl-Qadisiyyə”nin yarımmüdafiəçisi Xulian Kinyones hesabı bərabərləşdirib.
İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.