Türkiyəni kişi gözəllik yarışması “Mr. World”də təmsil edən Ege Karabenli ötən gün podiuma çıxıb.
OLAY yazır ki, Vyetnamda baş tutan tədbirdə Türkiyənin tutduğu yer müəyyənləşib.
Belə ki, qardaş ölkə ilk 3-ə girə bilməsə də, 10-luqda yer alıb.
Qeyd edək ki, 26 yaşındakı model görünüşü və düzgün bədən quruluşu ilə sosial şəbəkələrdə gündəm olub.
2018-ci ildə fəaliyyətə başlayan Ege bir çox marka ilə iş birliyi edib. Aktyorluqla maraqlanan Karabenli basketbolla da məşğul olub.