AZ

İrəvan Bakının tələbini yerinə yetirir: Ermənistanda əsgərlik müddəti buna görə azaldılır?

Ermənistanın ortamüddətli perspektivdə məcburi hərbi xidmət müddətini azaltmaq imkanı yoxdur.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Ermənistan Silahlı Qüvvələrində islahatlar konsepsiyasına toxunarkən deyib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrində islahatların aparılması konsepsiyasını dərc edib, ona əsasən, 2027-ci ilə qədər məcburi hərbi xidmət müddətinin azaldılması barədə qərar qəbul ediləcək. Sənəddə qeyd olunduğu kimi, eyni zamanda müqavilə əsasında hərbi qulluqçuların sayı artırılacaq.

Deputat qeyd edib ki, konsepsiyanın “Peşəkar orduya keçid” adlanan 8-ci fəslinin birinci abzasında müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayının artırılması yolu ilə müddətli hərbi xidmət müddətinin azaldılması nəzərdə tutulur.

"Mövcud tendensiyalar və templərlə dövlətin 2027-ci ilə qədər çağırış müddətinin azaldılması ilə bağlı qərar qəbul etmək imkanı olmayacaq. Üstəlik, işə qəbul problemini hansısa yolla həll etmək üçün yeni və böyük resurslar ayırmalı olacaq", - Abrahamyan əmindir.

Bu səbəbdən o hesab edir ki, hakimiyyət belə bir konsepsiya hazırlamaqla iki məqsəd güdə bilər. Birincisi, konsepsiya seçki kontekstində ola bilər ki, bu da 2026-cı il seçkilərinə qədər cəmiyyət üçün belə həssas məsələnin manipulyasiyasını mümkün edir.

Deputat ikinci şərt kimi Azərbaycanın tələbini göstərir:

“İkincisi, belə bir plan Bakının “Ermənistanın demilitarizasiyası” tələbinin bir hissəsi kimi hazırlanıb ki, bu da silahların, hərbi texnikanın və ordunun sayının azaldılmasını nəzərdə tutur”.

 

 

Seçilən
1
3
qaziler.az

4Mənbələr