AZ

Peskov: Rusiyanın nüvə doktrinasının yenilənməsi ABŞ-a cavabdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın yenilənmiş nüvə doktrinasının dərcinin ABŞ-ın Ukrayna münaqişəsindəki rolu ilə bağlı ciddi bir siqnal ola biləcəyini bildirib.

Musavat.com-un verdiyi məlumata görə, Peskov Rusiyanın yeni doktrinasının ABŞ administrasiyasına, xüsusilə "ATACMS" ballistik raketlərinin istifadəsi ilə əlaqəli olan qərarlarına cavab olaraq dərc edildiyini vurğulayıb. O, əlavə edib ki, bu addım heç bir təsadüf deyil və müəyyən qanunauyğunluqlara əsaslanır.

Peskov prezident Vladimir Putinin Qərb dövlətlərinin təhriki nəticəsində yaranan münaqişə şəraitinə uyğun dəyişikliklər etmək üçün nüvə doktrinasını yeniləmək göstərişi verdiyini bildirsə də, belə bir addımın əsas səbəbkarının ABŞ-ın hazırkı administrasiyası olduğunu qeyd edib. Onun sözlərinə görə, Vaşinqton administrasiyası öz ehtiyatsız addımları ilə Ukrayna münaqişəsini daha da gərginləşdirir.

Seçilən
17
musavat.com

1Mənbələr