AZ

İrəvanda polis rəisinin meyiti kabinetində tapıldı - Günlər öncə ölübmüş

Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin Nor-Nork şöbəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “Shamshyan.com” kriminal xronika saytı məlumat yayıb.

Hadisə noyabrın 14-də baş verib, lakin bu barədə məlumat ancaq bu gün ortaya çıxıb.

Veranyanın 67 yaşı var idi. Ekspertiza göstərir ki, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Materiallar İstintaq Komitəsinə göndərilib, cinayət işi başlanıb.

Seçilən
19
1
publika.az

2Mənbələr