AZ

PSJ şikayətinə hansı cavabı aldı?

Fransa Futbol Federasiyası (FFF) PSJ rəhbərliyini məyus edib.

FFF Paris klubunun sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro məbləğində maaş və bonusların ödənilməməsi ilə bağlı qərara qarşı apelyasiya şikayətinə mənfi cavab alıb. “France Press”in məlumatına görə, oktyabrın 25-də eyni qərarı Fransa Peşəkar Futbol Liqası (PFL) verib. Qurum paytaxt klubunu futbolçuya tələb olunan məbləği ödəməyə məcbur etmişdi.

Xatırladaq ki, yayda azad agent kimi “Real”a keçən Mbappe PSJ ilə müqaviləsinə görə klubun ona 55 milyon avro ödənilməməsi ilə bağlı PFL-ə və UEFA-ya müraciət etmişdi.

Seçilən
18
football-plus.az

1Mənbələr