AZ

“Qarabağ”ın rəqibi qalib gəldi

Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Elfsborq” yoldaşlıq oyunu keçirib.

Bizim.Media xəbər verir ki, “Yurqorden”lə qarşılaşan Oskar Hillemarkın rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 qalib gəlib.

Xatırladaq ki, “Qarabağ” – “Elfsborq” matçı dekabrın 13-də “Buros Arena” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Hazırda İsveç klubu 4 xalla ümumi cədvəldə 24-cü, Ağdam təmsilçisi isə 3 xalla 29-cu pillədədir.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
3
bizim.media

5Mənbələr