AZ

Rudenko: Tramp və Kim Çen In yenidən görüşə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çox güman ki, Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“2018-2019-cu illərdə KXDR lideri ilə görüşən Tramp öz təcrübəsini təkrarlamaq istəyə bilər”, – deyə o qeyd edib və siyasətdə “heç nəyi istisna etmək olmaz” olduğunu vurğulayıb.

Bununla yanaşı, Rudenkonun sözlərinə görə, həm Koreya yarımadasında, həm də bütövlükdə dünyada baş verən qlobal geosiyasi dəyişikliklərlə əlaqədar ABŞ və KXDR arasında danışıqlar prosesinin “eyni şərtlərlə” bərpası problemli görünür. “Bundan əlavə, və bu, bəlkə də ən mühüm şeydir, danışıqlar prosesinin perspektivləri təkcə ABŞ-ın istəyindən deyil, həm də KXDR-in bu məsələdə prinsipial mövqeyindən asılıdır”, o qeyd edib.

Seçilən
37
nocomment.az

1Mənbələr