AZ

“Arsenal” - Premyer Liqada 2000-ci qələbə qazanan 2-ci komanda

“Arsenal”ın “Nottingem Forest” üzərindəki qələbəsi klubun İngiltərə futbolunun yüksək liqasında 2000-ci zəfəri kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, “topçular” bu nailiyyətə 4336 oyun ərzində çatıblar.

London klubu bu statistikada yalnız “Liverpul”dan geri qalır. “Qırmızılar” İngiltərə çempionatında ən çox qələbə qazanan klub kimi rekordçudur – 2068.

Xatırladaq ki, Mikel Artetanın komandası İngiltərə Premyer Liqasının 12-c turunda “Nottingem Forest”ə 3:0 hesabıyla qalib gəlib.

Sözügedən komandanın ilk qələbəsi 1904-cü ilin sentyabrında “Vulverhempton” üzərində qeydə alınıb – 2:0.

İngiltərə Premyer Liqası tarixində 1000-dən çox qələbə qazanan yalnız 14 klub var. Qələbələrin sayına görə, “Mançester Yunayted” (1910), “Everton” (1901), “Aston Villa” (1724), “Mançester Siti” (1597), “Tottenhem” (1509) və “Çelsi” (1480) bir-birini təqib edir.

“Arsenal” hazırda 22 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Seçilən
36
arena.az

1Mənbələr