Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət tərəfdarlarının noyabrın 24-də planlaşdırdıqları etiraz aksiyası ilə bağlı partiya liderlərinə və əhaliyə müraciət edib.
Publika.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, strateji və ya xüsusilə vacib obyektlərin bloklanması qanunla qadağan edilir. Planlaşdırılan mitinqin iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş yığıncaq çərçivəsindən kənara çıxmamalı və qeyri-qanuni hərəkətlərdən çəkinməlidirlər. Əks halda, polis bütün lazımi qanuni tədbirləri görəcək.