“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 20 minipeyk partiyasını uğurla orbitə çıxarıb.
"Report" bu barədə SpaceX-ə istinadən xəbər verir.
Raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında ABŞ Sakit Okean vaxtı ilə şənbə günü saat 21:25-də buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.
Bildirilib ki, buraxılış çərçivəsində 15-ci dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Sakit Okeandakı “Of Course I Still Love You” dron-platformasına idarə olunan şaquli eniş edib.
2019-cu ilin mayından bəri SpaceX "Starlink" layihəsi çərçivəsində 7,3 minə yaxın peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib. Hazırda orbitdə 6,7 minə yaxın peyk fəaliyyət göstərir.
https://twitter.com/i/broadcasts/1RDGlyWaNAOJL
"Cebheinfo.az"