AZ

Ukraynanın ABŞ silahlarına indi Tayvandan daha çox ehtiyacı var

...Tayvanın keçmiş prezidenti Tsay İnq-ven hesab edir ki, ABŞ yaxın gələcəkdə Tayvana yox, Ukraynaya silahla kömək etməyə üstünlük verməlidir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, o, bunu Yeni Şotlandiyadakı Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Tsay İnq-ven vurğulayıb ki,ABŞ ukraynalılara kömək etmək üçün əlindən gələni etməlidir:“Bizim (Tayvanın) hələ də vaxtımız var”.

...Keçmiş Tayvan prezidenti əmindir ki,Ukraynanın qələbəsi gələcək təcavüzə qarşı təsirli bir maneə olacaq, yəni ABŞ-ın Kiyevə hərbi dəstəyi Çini Tayvana hücumdan çəkindirməyə kömək edəcək.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və adanı zorla geri almağa çalışacağından qorxur. ABŞ rəsmi diplomatik tanınmamasına baxmayaraq, Tayvanın ən mühüm beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır.

Əli Babayev

Seçilən
16
sia.az

1Mənbələr