AZ

Zaur Paşayev milli karyerasını bitirdi

Zaur Paşayev basketbol üzrə Azərbaycan yığmasındakı çıxışını başa vurub.

Bizim.Media xəbər verir ki, 41 yaşlı idmançı bu gün sonuncu dəfə millinin formasını geyinib.
 

2027-ci ildə keçiriləcək dünya çempionatının 1-ci seçmə mərhələsində yığmamız İsveçrə ilə qarşılaşıb. Millimizin 55:85 hesabı ilə məğlub olduğu oyunda Zaur 15 dəqiqə meydanda olub. O, 3 xal və 3 ribaundluq nəticəyə imza atıb.


Azərbaycan Basketbol Liqasında “Quba” klubunda çıxış edən Zaur karyerası ərzində “NTD-Devon”, “Qala”, “Araz-NTD” və “Cəlilabad” kimi komandaların formasını geyinib. O, Gürüstanın “NTD- Tbilisi” və “Kutaisi” klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, Paşayev iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
7
bizim.media

9Mənbələr