“Bu gün güclü rəqibə qarşı oynadıq. “Sabah” yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sabah”la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Hesabı qorumaq üçün oyundan qopmuş kimi görünə bilərik. Amma əvvəlki temp və istəklə davam etmək olardı. Növbəti görüş “Araz Naxçıvan”ladı. İstənilən rəqibə qarşı hazırlaşırıq. Rəqiblərin hansı yerdə olmasının önəmi yoxdur”.