Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi zamanı atışma baş verib.
Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, sürücü başqa avtomobilin içərisində olan iki kişiyə atəş açıb.
“Kommersant” Saratov vilayəti üzrə İstintaq Komitəsinə istinadən xəbər verir ki, bir nəfər ölüb, bir nəfər yaralanıb. Şübhəli şəxs hadisə yerindən qaçıb.
İlkin araşdırmalara görə, Marks şəhərinin Pobeda küçəsindəki 11 saylı evin yaxınlığında sürücülər arasında yol-nəqliyyat münaqişəsi baş verib. Münaqişə zamanı iştirakçılardan biri digər avtomobildə olan iki nəfərə atəş açıb. Zərərçəkənlərdən biri yerindəcə keçinib, yaralı zərərçəkənə tibbi yardım göstərilir.
Mash Shot Telegram kanallarının verdiyi məlumata görə, 41 yaşlı iş adamı Rubik Akopyan 41 yaşlı Mixail K.-ni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Rayon İstintaq Komitəsi adam öldürmə və adam öldürməyə cəhd faktı (30-cu maddənin 3-cü hissəsi, 105-ci maddənin 2-ci hissəsinin “a” bəndi, 105-ci maddənin 1-ci hissəsi) üzrə cinayət işi açıb.
“Əvvəllər müəyyən edilib ki, Akopyan həm sürücünü öldürərək, həm də sərnişinini yaralayaraq hadisə yerindən qaçıb. Hər halda gənclərin “Lada Oka”da kəsdiyi xarici avtomobil 41 yaşlı şübhəli şəxsə məxsusdur”, - Rusiya mətbuatı yazır.
Atışma zamanı yaralanan ikinci şəxs də ölərsə, Akopyan ömürlük həbs cəzasına məhkum edilə bilər.
Musavat.com