Bakı. Trend:
2024-cü ilin 10 ayının yekunlarına əsasən, magistral neftkəmərləri sistemi ilə Qazaxıstan Respublikasına neft nəqlinin həcmitəqribən 60 milyon ton təşkil edib.
Bu barədə Trend-əQazaxıstan Energetika Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməriilə 46,3 milyon tona yaxın neft nəql edilib.
Atırau-Samara hissəsi ilə neft nəqlinin həcmi təqribən 7,2milyon ton təşkil edib. Almaniyaya 1,2 milyon ton Qazaxıstan neftigöndərilib.
10 ayın yekunlarına əsasən, Aktau limanından 3,1 milyon tondançox neft nəql edilib ki, bunun da 1,6 milyon tonu Mahaçqalalimanına, 1,2 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməriistiqamətində nəql edilib.
Atasu-Alaşankou neft kəməri marşrutu ilə 1 milyon tondan çoxneft nəql edilib.