AZ

Bu bitkilər yox ola bilər — XƏBƏRDARLIQ

Alimlər Yer üzündəki demək olar ki, yarım milyon mərcanın yox olma riski barədə xəbərdarlıq ediblər.

BAKU.WS xəbər verir ki, araşdırma Böyük Britaniyanın Derbi Universitetinin elmi müəssisənin rəsmi saytında dərc edilib.

Komanda 892 növ isti su mərcanlarının vəziyyətini yenidən qiymətləndirərək bunlardan 44%-nin yox olma təhlükəsi altında olduğunu müəyyən edib. Eyni cür əvvəlki təhlil 2008-ci ildə aparılmışdı və o zaman kövrək vəziyyətdə olan mərcanların sayı təxminən 30% idi.

"Bu bitkilər həyati əhəmiyyətə malik ekosistemlərdir, onlar bütün dəniz həyatının 30%-dən çoxuna sığınacaq verir, təxminən 1 milyard insanı dəstəkləyir və trilyonlarla ABŞ dolları dəyərində ekosistem xidmətləri təmin edir - balıqçılıqdan sahil müdafiəsinə qədər. Mərcanar çox böyük fayda gətirir və dünyamız onlardan asılıdır, buna görə də onları qorumaq üçün dərhal hərəkətə keçməyimiz çox vacibdir", - araşdırmanın həmmüəllifi, molekulyar biologiya mütəxəssisi Maykl Svit qeyd edib.

Seçilən
1
1
demokrat.az

2Mənbələr