"Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı doğulub. Atam anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Heysfslənirəm ki, niyə biz belə böyümüşük, çünki qohumlarımız arasında atanın bir keçmiş, bir də indiki ailəsi olan var. Uşaqları var və onlar bir yerdə böyüyürlər. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta