AZ

Ehtiram Quliyevin yeni yaratdığı klubun Premyer Liqada çıxış etməsinə mane olmayacaq ki?

"Huner Group" MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.

Sportinfo.az xəbər verir ki, həmin şirkət "Turan FK" MMC adlanır.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonunda yerləşir.

Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz"un İdarə Heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz" Peşəkar Futbol Klubu İctimai Birliyidir.

Ehtiram bəyin yeni şirkət yaratması "Turan Tovuz"un tarixi adına dönüş prosesinin başlanğıcı kimi qəbul olunur. Amma illər əvvəl "Turan"ın "Turan Tovuz"a çevrilməsinin səbəbi də məlumdur.

Onda futbolçular və komandanın sabiq baş məşqçisi Naci Şensoy qarşısında borc yaranmışdı, FİFA komandanın köhnə adla varlığını davam etdirməsinə imkan verməyəcəkdi.

Bəs Naci bəylə Tovuz klubu arasındakı maliyyə davası bitibmi? Türkiyəli mütəxəssis "Turan" adına dönmək variantını necə qarşılayır?

"Football-plus.az"ın sualına Şensoy belə cavab verib:

"Turan Tovuz"da sonuncu dəfə təxminən 10 il əvvəl işləmişəm. Həmin rəhbərliklə aramızda bəzi hüququ problemlər yaranmışdı.

Amma mən bütün hüquqi haqlarımı cüzi bir pul qarşılığında vəkilimə həvalə etdim. Məni məmnun edəcək qədər pulu vəkildən aldım.

Deməli, "Turan Tovuz"un artıq mənimlə işi qalmamışdı, vəkilimlə işi var idi. Buna görə də "Turan Tovuz"un əvvəlki adına - "Turan"a qayıtmasına heç bir maneəm ola bilməz.

Əksinə, axıra qədər dəstəkləyərəm və çox da şad olaram".

Seçilən
3
1
sportinfo.az

3Mənbələr