AZ

“Vitraj layihələri” xidmətlərinin satınalınması - TENDER

“ABB” ASC, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən Baş ofis inzibati binasının və Cəlilabad şəhəri, Z. Əliyeva 240 ünvanında Cəlilabad filialının inzibati binasının şüşə fasad hissələrinin “Vitraj layihələri” xidmətlərinin satınalınması üzrə kotirovka sorğusu elan edir.

Fins.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovka sorğusunun elan tarixi: 20.11.2024

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən “ABB” ASC-nin Baş ofisinə 27 noyabr 2024-cü il saat 17:00-a qədər təqdim etməlidirlər.

Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 28 noyabr 2024-cü il saat 15:20-da keçiriləcəkdir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Nərgiz Şahsuvarova: (012) 493-00-91, daxili 82-17/82-12, elektron poçt ünvanları:(Nargiz.Shahsuvarova@abb-bank.az və pod@abb-bank.az) müraciət edə bilərsiniz.   
    

Zemfira Ms
Fins.az

Seçilən
43
2
fins.az

10Mənbələr