Almaniya Rusiya ilə bağlı siyasətini əsaslı şəkildə tənzimləməlidir.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bunu almaniyalı tarixçi və Şərqi Avropa məsələləri üzrə ekspert Karl Şleqel “Şpigel”ə müsahibəsində deyib.
O, Almaniya hakimiyyətini Vladimir Putinin gələcək hədəfləri ilə bağlı sadəlövhlük göstərməməyə çağırıb:
"Rusiya düşməndir. Rusiya Avropada müharibəyə başlayan dövlətdir və almanlar buna hazırlaşmalıdırlar. Bu o deməkdir ki, özünüzü müdafiə etməyə hazır olun", - o bildirib.
Onun sözlərinə görə, Kreml indi nə qədər irəli gedə biləcəyini sınaqdan keçirir:
"Biz artıq müharibə vəziyyətindəyik. Müharibə dərhal başlamır, ilkin mərhələlər var. Rusiyanın işğalçı müharibəsi nəticəsində səkkiz milyon ukraynalı didərgin düşüb".