İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ-ın regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.
Müəllif: Teleqraf.com