Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarə Türkiyənin Antalya şəhərində hava limanına eniş edərkən yanğın baş verib.
OXU24.COM xəbər verir ki, bu barədə “Airporthaber” portalı məlumat yayıb.
Bildirilib ki, Soçidən Antalyaya uçan "Sukhoi Superjet 100" təyyarəsinin mühərriki yanıb.
"Milliyet" in məlumatına görə, ağır hava şəraitində Türkiyəyə eniş edən təyyarənin mühərriki yanıb. Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb.
Təyyarədə olan 79 sərnişin təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hava limanının mülki aviasiya rəisinin sözlərinə görə, yanğın eniş zamanı baş verib.
"Baza" "Telegram" kanalı hadisə şahidlərinə istinadən yazır ki, eniş zamanı sol mühərrik yanıb, bundan sonra yanğın şiddətlənməyə başlayıb.