Konqo Demokratik Respublikasında hazırda 26 milyona yaxın insan aclıq astanasında yaşayır. Bu barədə Konqonun “Okapi” radiostansiyası BMT strukturları ekspertlər qrupunun hesablamalarına istinadla məlumat yayıb.
Bildirilib ki, 26 milyon insanın təxminən 3 milyonu kəskin qida çatışmazlığı yaşayır. Mütəxəssislər ölkənin bir sıra ərazilərində ərzaq təhlükəsizliyinin təmin olunmamasının səbəbi kimi üsyançıların hərəkətləri və hərbi əməliyyatlar nəticəsində yaranan zorakılıqları, ərzaq məhsullarının qiymətinin qalxmasını, qaçqın və köçkünlərin ərzaqla təmin olunmasında yaranan çətinlikləri göstərirlər.
Mətləb