AZ

Təyyarə yaşayış binasının üzərinə düşdü

Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, aeroportun sözçüsü Marius Zelaniusun LRT milli radiosuna verdiyi məlumata görə, təyyarə yaşayış binasının üzərinə düşüb.

DHL təyyarəsi ikimərtəbəli yaşayış binasına çırpılıb.

İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub.

Pilotlardan biri xilas edilib. Təyyarədəki digərləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir. Evdə insanların olub-olmadığı da bəlli deyil.

Təyyarə Leypsiqdən Vilnüsə uçurdu.

Seçilən
13
3
ucnoqta.az

4Mənbələr