Oğuzda baş verən yanğında bir nəfər yanıq xəsarəti alıb.
Gundem.az xəbər verir ki, ötən gün Oğuz rayon Bayan kənd ərazisində 1980-cı il təvəllüdlü Rəsulova Gülnarə Əliheydər qızına məxsus yaşayış evində yanğın baş verb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 63 k/m olan fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın zamanı bir nəfər 2001 ci il təvəllüdlü Hüseyinzadə Nərmin Şaiq qızı ikinci dərəcəli bədən termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Unikal.az