AZ

Mümkün qorunma tədbirlərinə əməl etməklə, infeksiyalara dözümlülüyü artırmaq olar - Təyyar Eyvazov

Bakı. Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionistTəyyar Eyvazov nazirliyin rəsmi saytına müsahibə verib.

Trend həminmüsahibəni təqdim edir:

- Təyyar müəllim, iqlim dəyişikliyinin insan sağlamlığınadolaylı təsiri nədən ibarətdir?

- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblərki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58%-i iqlimdəyişikliyi nəticəsində dəyişib. Xəstəlik riskinin artmasına təsiredən ən çox yayılan amil qlobal istiləşmə idi. Eyni zamanda, qlobalistiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucuxəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissivxəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”,“Culex” cinsinə aid olan) areal dəyişməsi baş verir. Nəticədəhemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəliinfeksiyakların geniş yayılması baş verə bilər. Quraqlıq zamanıtozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəbolur.
Bundan başqa, çayların daşmasından sonra əmələ gələn gölməçələrdəyığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığınagörə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanınyayılma riskini endemik ərazilərdə artıra bilər. Bu səbəbdənvektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzunmüddətli təhlükə yaradır.
Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədicivə keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallardaməskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbiiocaqların dəyişməsinə səbəb olur.

- İqlim dəyişikliklərinin infeksion xəstəliklərin yayılmasınahər hansı bir təsiri varmı?

- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblərki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-iplanetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinindaha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qeyd edilir ki,qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobalistiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışlarınartması və tufanlar nəticəsində yayılması daha asan olub.

- Yağışların artması infeksion xəstəliklərin yayılmasında hansırol oynayır?

- Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarınınbalansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışlarıiçməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsindəsudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virushepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksionxəstəliklərin artımı baş verə bilər.
İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu vəkeyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərintezliyinə təsir göstərə bilər. Dünyanın bir sıra ölkələrində sübutedilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterialdizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaqxəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucuagentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalininsağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraqqalır.

- Bəs quraqlıq dövrləri necə, infeksion xəstəliklərinyayılmasına təsir edirmi?

- Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin genişyayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər TəşkilatınınƏtraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İstimövsüm gənələrin aktivləşməsinə və onların keçirdiklərixəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit vəbir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlimdəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır.Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnəbilər.

- Sağlam qidalanma və fiziki aktivlik sayəsində iqlimdəyişkənliyi nəticəsində yarana biləcək infeksion xəstəliklərəqalib gəlmək mümkündürmü?

- Sağlam həyat tərzinə (sağlam qidalanma, fiziki aktivlik və s.)riayət olunmaqla və yayılan infeksion xəstəliklərdən mümkün qorunmatədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tipinfeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu,məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yaranabiləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yoludünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərinmümkün qədər aradan qaldırılmasıdır.

Məqalədə:
Seçilən
1
6
az.trend.az

8Mənbələr