ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp, bütün transseksual hərbçilərin xidmətdən uzaqlaşdırılacağına dair fərman verməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat dərc edib.
"Bu insanlar ordunun kifayət qədər adam toplaya bilmədiyi bir vaxtda oranı tərk etmək məcburiyyətində qalacaqlar", - nəşr yazır.
KİV qeyd edir ki, yalnız dəniz piyadaları öz işə qəbul nömrələrinə cavab verir. Qəzetin yazdığına görə, işdən çıxarılan transseksualların bəziləri yüksək vəzifələrdə çalışırlar.
Hazırda aktiv hərbçilər arasında 15 minə yaxın transgenderin olduğu dəqiqləşdirilir. Nəşr əlavə edib ki, Tramp onları tibbi səbəblərə görə, xidmətə yararsız kimi işdən çıxarmaq istəyir.