AZ

Ronaldo bu göstəricidə ilkə imza atdı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.

Busaat.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 39 yaşlı hücumçu buna “Əl-Qadisiya”ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub.

Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .

Qeyd edək ki, Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi “Sevilya”dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.

Seçilən
4
7
busaat.az

10Mənbələr