Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, tədbirin iqlim dəyişikliyi probleminin həlli üçün qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq: "Azərbaycan lider imicini möhkəmləndirdi. COP29 çərçivəsində noyabrın 16-17-də Parlament görüşü də keçirildi. Tədbirdə 67 ölkədən 95 nümayəndə heyəti, yəni 345 nəfər parlament təmsilçisi iştirak etdi”.
//APA