Bakı. Trend:
Filippinin paytaxtı Manilada baş verən yanğın nəticəsində ən azı2 min ailə evsiz qalıb.
Trend xarici KİV-ə istinadənxəbər verir ki, yanğın yerli vaxtla saat 14:00-da söndürülüb.
Məlumata görə, Filippin Hərbi Hava Qüvvələri, sahil mühafizədəstələri və 30 yanğınsöndürmə briqadası hadisə yerinə cəlbolunaraq yanğını nəzarət altına alıb.
“Yanğın nəticəsində 2 min ailə evsiz qalıb və təxminən 1000 evyanaraq külə dönüb.
Körfəz istiqamətindən əsən güclü küləklər yanğının sürətləyayılmasına səbəb olub, dar küçələr isə yanğını nəzarət altınaalmaq səylərini çətinləşdirib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, yanğının başvermə səbəblərini araşdırmaq üçünistintaq başladılıb.