AZ

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.

Yenicag.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.

Buna nail olan ilk komanda Sumqayıt “Xəzər”i 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/95, “Neftçi” isə iki dəfə – 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. “Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.

Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Seçilən
8
36
yenicag.az

10Mənbələr