AZ

Mehmet Ali Erbil və Serdar Ortaç bu tarixdə hakim qarşısına çıxacaqlar

İstanbul Prokurorluğunun qanunsuz mərc oyunları ilə mübarizə çərçivəsində haqlarında cinayət işi açılan Mehmet Ali Erbil və Serdar Ortaç kimi bir çox nüfuzlu şəxslərlə bağlı tələb edəcəyi cəzalar bəlli olub.

“İki sahil” “Sabah” nəşrinə istinadla xəbər verir ki, ev dustaqlığında olan Ərbil və Ortaçın hakim qarşısına çıxacağı tarix açıqlanıb.

Hazırlanan iddianamədə Mehmet Ali Erbil, Serdar Ortaç və bəzi saxlanılan sosial media təsirçiləri haqqında 3 ilə qədər həbs tələb edilir.

Ortaç dekabrın 24-də, Ərbil isə 30-da hakim qarşısına çıxacaq.

Seçilən
20
ikisahil.az

1Mənbələr