Həftə sonu İngiltərə və İrlandiyada daşqınlara və nəqliyyatın kəsilməsinə səbəb olan "Bert" qasırğası Fransanın şərq və mərkəzi hissələrinə təsir edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Meteorologiya Agentliyi Metro-France, sürəti saatda 120 kilometri keçən "Bert" qasırğası ilə bağlı məlumat verib.
Fırtına ilə əlaqədar bu əyalətlərdə narıncı həyəcan siqnalı verilib. Digər tərəfdən, əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıqların edildiyi Auvergne Rhone-Alpes bölgəsində qatarların hərəkətində fasilələr yaranıb.
Qeyd edək ki, həftə sonu İngiltərə və İrlandiyada Bert fırtınası səbəbindən daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr olub.