AZ

Qərbi Azərbaycan İcmasının ikinci beynəlxalq konfransı keçiriləcək

Bakı. Trend:

Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ –Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətintəşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək.

Trend xəbər verir ki, Qərbiazərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnundiqqət mərkəzində olacağı tədbirə 51 ölkədən 100-dən çox xariciiştirakçının qatılacağı gözlənilir.

Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorlaçıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəniirsinin bərpası və bu sahədə diplomatik səylər müzakirəediləcək.

Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsibaş tutacaq.

Qeyd edək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ciil deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il dəanaloji beynəlxalq konfrans keçirilib. O vaxt “Ermənistandandidərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətləgeri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll”mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çoxnümayəndə iştirak etmişdi.

Seçilən
39
16
az.trend.az

10Mənbələr