Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən dekabrın 24-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Avtosfer.az-ın Dövlət Xidmətinə istinadən məlumatına görə, siyahıda 9 nəqliyyat vasitəsi yer alıb.
Məlumata görə, onlardan bir ədədi QAZ 33021 (yük), VAZ 21214 (minik), VAZ 21213 (minik), iki ədədi “Volkswagen Jetta” (minik), dörd ədədi isə QAZ 3307 DUK-1 (xüsusi təyinatlı) markalı avtomobillərdir.
Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 3500 manatdan 6000 manatadək dəyişir.
24 dekabr 2024-cü il tarixdə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını təqdim edirik: